Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ülvi Kazımovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Ü.Kazımova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Ü.Kazımov vətəndaşların etimadını qazanaraq dələduzluq edib. O, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunub. Məhkəmə istintaqı dövründə o zərərçəkmişlərə dəymiş ziyanı ödəyib.