Prosesdə Akif Çovdarov süni nəfəs aparatı ilə iştirak edib. Ona oksigen balonu ilə süni nəfəs verilib. İclasda Çovdarovun vəkilləri məhkəmə heyətinə etiraz edib. Vəsatət baxılmamış saxlanılıb.
Bundan sonra Çovdarov vəkillərindən imtina ilə bağlı ərizə təqdim edib.
Hakimlər müşavirəyə gedib. Proses sabah saat 15-də davam edəcək.
**
13:17
Akif Çovdarovun məhkəməyə gətirilə bilmədiyi ilə bağlı arayış qəbul olunmayıb.
Lent.az-ın xəbərinə görə, Çovdarov məhkəməyə gətirilib. Sabiq MTN generalı vəkili Kamandar Nəsibovla görüş tələb edib, hakim tələbi bunu təmin edib. Hazırda Çovdarov vəkili ilə görüşür.
**
12:03
Lent az-ın vəkillərdən əldə etdiyi məlumatına görə, təqsirləndiriləndən Səlim Məmmədov və Orxan Osmanov məhkəməyə gətirilsə də, Akif Çovdarovun gəlməsi mümkün olmayıb. Məhkəməyə bununla bağlı İstintaq Təcridxanasından arayış göndərilib.
Çovdarovun iştirakı olmadan prosesin davam edib-etməyəcəyi məlum deyil. Proses 12:30 davam edəcək.
**
11:45
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun vəziyyəti ağırdır.
Lent.az-ın məlumatına görə, bu səbəblə də o, məhkəməyə gətirilməyib. Prosesdə təqsirləndirilənlərdən yalnız Akif Əliyev gətirilib. A.Çovdarov və digərləri isə məhkəmədə görünməyib. Prosesdə bildirilib ki, Akif Çovdarovun yenə səhhətində ciddi problemləri var.
Bildirildiyinə görə, onun müayinəsi ilə bağlı hələ məhkəməyə gətirilməsi mümkün deyil. Ona görə bu gün Bakı Hərbi Məhkəməsində keçiriləcək prosesi 12:30 qədər təxirə düşüb.