Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gürcüstan vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Bərdə rayon sakini 1983-cü il təvəllüdlü Emil Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın lumatına görə, hakim Rauf Əliyevin sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası mayın 25-nə təyin edilib.
İstintaq da qeyd edilib ki, Emil Xudaverdiyev 24 iyul 2014-cü ildə saat 13 radaələrində Nizami Rayonu, R.Rüstəmov küçəsi, 54 saylı binanın qarşında yerləşən istirahət parkında Gürcüstan Vətəndaşı Kençoşvili Varlamoviçlə təsadüfən rastlaşıb. Onlar birlikdə pivə içdikdən sonra “Koroğlu” metrostansiyasının yaxınlığına gəliblər. Həmin yerdə yenə pivə içiblər. Alkoqol sərxoşluğu vəziyyətində olan Z. Kençoşvili Emil Xudaverdiyevə seksual xarakterli hərəkətlər barədə əxlaqsız təklif edib. Bundan hiddətlənən E. Xudverdiyev gürcü vətəndaşı amansızlıqla qətlə yetirib. O, mişar daşı (kubiklə) Z. Kençoşvilinin başına və bədəninə dəfələrlə zərbə endirib.
Hadisəni törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Emil Xudaverdiyev respublikadan qaçmaq istəyərkən Qazax sərhəd keçid məntəqəsində saxlanılıb.