Cinayət törətmiş şəxsin evindən silah tapıldı
18 oktyabr 2016 13:43 (UTC +04:00)

Cinayət törətmiş şəxsin evindən silah tapıldı

0

Lənkəran rayonunda soyğunçuluq baş verib. lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də rayon sakini Ayaz Ağayevi hədələyib 340 manat pulunu almaqda şübhəli bilinən həmyerlisi Əhməd Hüseynov tutulub. Onun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “İJ-18” markalı tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar