Bakı şəhərinin Xəzər rayonu ərazisində törədilmiş quldurluq hadisəsinin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, martın 3-də naməlum şəxs Zaqulba çimərliyində Vüqar Əsgərovun taksi kimi idarə etdiyi «Opel» markalı avtomobili saxladıb bıçaqla hədə-qorxu gələrək 180 manatını alıb. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Rəşad Zülfüqarov martın 9-da tutulub.
R.Zülfüqarovun ətrafında araşdırmalar davam etdirilir.