Dünən biri azyaşlı olmaqla iki nəfəri elektrik cərəyanı vurub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də Xaçmaz rayonu Yalama kənd sakini, azyaşlı Nərminə İbrahimova evində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Digər hadisə Cəlilabad rayonu Abazalı kəndində qeydə alınıb. Kənd sakini Əlisəfa Səfərov evində təmir işləri aparan zaman elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Hər iki faktla bağlı araşdırma aparılır.