Qış fəslində bir çox ağacların yarpağının töküldüyü vaxt Cəlilabad rayonunun Abdullu kəndində narçiçəyi gül açıb.
Lent.az-ın məlumatına görə, Kənd sakini Şahin Həsənov AzərTAc-a bildirib ki, onun bağında bu gül ağacı üç il bundan qabaq da çiçək açıbmış. Bağ sahibinin sözlərinə görə, narçiçəyi bitkisinin insan sağlamlığı üçün faydası çoxdur.
Narçiçəyindən susuzluğu aradan qaldırmaq üçün xüsusi çay hazırlamaq olur. Bu bitkidən dəmlənən çayın qışda bədən üçün çox xeyri var. Soyuq aylarda narçiçəyi çayı xəstəliklərdən qorunmağa kömək edir, orqanizmin immunitetini yüksəldir.