Azərbaycanda güclü partlayış: <span style="color:red;">xəsarət alanlar var
27 yanvar 2015 15:15 (UTC +04:00)

Azərbaycanda güclü partlayış: xəsarət alanlar var

0

Cəlilabadda mənzildə partlayış baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 26-da saat 13 radələrində F.Əhmədov küçəsində yaşayan Mədinə Əliyevanın mənzilində təbii qazın sızmasından yanğına keçən partlayış olub. Nəticədə pəncərə şüşələri sınıb, 24 kv m. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Partlayış zamanı M.Əliyeva və əri Ərəstun Əliyev xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 209

Oxşar yazılar