Azərbaycanda 16 yaşlı oğlan qonşusunu al-qana boyadı - <span style="color:red;">TƏFƏRRÜAT
25 avqust 2016 11:37 (UTC +04:00)

Azərbaycanda 16 yaşlı oğlan qonşusunu al-qana boyadı - TƏFƏRRÜAT

0

Cəlillabadda 16 yaşlı gənc qonşusunu bıçaqlayıb.

 

Lent.az-ın məlumatına görə, şəhər sakini 2000-ci il təvəllüdlü Səid Əliyev qonşuluqda yaşayan 1994-cü il təvəllüdlü Məhəmmədəli Kərimovla mübahisə edib. Mübahisə daha da gərginləşib, tərəflər arasında söyüş söyülüb. 16 yaşlı Səid Əliyev qonşusuna 7 bıçaq zərbəsi vurub. Səid Əliyev hadisə yerində qaçıb. Məhəmmmədli Kərimov  kəsilmiş-deşilmiş vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaraları tikilsə də, onun vəziyyəti hələ də ağırdır.

 

Səid Əliyev isə polis əməkdaşları tərəfindən saxlanılıb. O ilkin ifadəsində hadisəni söyüş üstündə baş verdiyini bildirib. Onun barəsində Cəlilabad rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 427

Oxşar yazılar