Cəbhə xəttində yaralanan əsgərlər Bakıya gətirilib
08 aprel 2014 14:29 (UTC +04:00)

Cəbhə xəttində yaralanan əsgərlər Bakıya gətirilib

Müdafiə Nazirliyi cəbhə xəttində baş vermiş mina partlayışı nəticəsində yaralanan iki əsgərin Bakıya gətirilməsi ilə bağlı məlumat yaydı. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan hərbi qulluqçular Musayev Bəhruz Məhəmmədəli oğlu və Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyə olunub

.
Təcili təxirəsalınmaz yardım göstərilməsi üçün yaralılar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib. Hazırda Müdafiə naziri general-polkovnik Zakir Həsənov hadisə yerindədir. 
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 975
avatar

Oxşar yazılar