<b>Çay evində baş verən dəhşətli qətldən <span style="color:red;">YENİ XƏBƏR  </b>
29 sentyabr 2016 14:02 (UTC +04:00)

Çay evində baş verən dəhşətli qətldən YENİ XƏBƏR

0

Bakıda müştərisi olduğu çay evinin sahibi gülləməkdə təqsirli bilinən Vüqar Şirinov cinayət işinin istintaqı başa çatıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, cinayət işinin istintaqı Nəsimi prokurorluğunda başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində göndərilib. Cinayət işi həmin məhkəmənin hakimi Mayıl Bayramovun icraatına verilib. İşin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, qətl hadisəsi keçən il martın 6-da axşam saatlarında  Nəsimi rayonun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən “Odlar Yurdu” adlı çay evində baş verib. 

Çay evinin sahibi, Ağsu rayon sakini Murad Aqil oğlu Qubadov borc verdiyi şəxs tərəfindən güllələnib.

Məlumata görə, çay evinin sahibi M.Qubadov bir müddət əvvəl tanışı, Ağsu rayon sakini Vüqar Şirinova borc pul verib. Bir müddət sonra M.Qubadov V.Şirinova bir neçə dəfə zəng edərək pulunu istəyib. 

Pulu qaytara bilməyən V.Şirinov isə ondan vaxt istəyib. Lakin həmin müddətdə də o, borcu qaytara bilməyib. Martın 6-da M.Qubadov yenidən V.Şirinova zəng vuraraq borcunu tələb edəndə, tərəflər arasında mübahisə yaranıb. 

V.Şirinov naməlum şəraitdə əldə etdiyi qundağı kəsilmiş ov tüfəngi ilə “Odlar Yurdu” çay evinə gələrək sahibkarın otağına daxil olub. V.Şirinov otaqda M.Qubadova 3 atəş açaraq onu qətlə yetirib və hadisə yerindən qaçıb.

Polis əməkdaşları tərəfindən hadisədə istifadə edilmiş qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngi ondan götürülüb.

V.Şirinov hadisəni törədəndən sonra Ağsu rayonunda valideynlərinin yanına qaçıb. Onlarla sağollaşan  V. Şirinov könüllü olaraq Ağsu rayon Polis İdarəsinə təslim olub. O, Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarına təhvil verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar