İşlədiyi şirkətdən külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən Elvin Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Elvin Həsənova Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib. O, şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, E.Həsənov "Mazarina" MMC-də satış meneceri vəzifəsində çalışıb.
Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə təqsirləndirilən E.Həsənov şirkətin 17 min manatını mənimsəyib.
O, məhkəmə istintaqı dövründə dəymiş zərəri ödəyib.