Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin apellyasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə sabiq bankirin şikayəti təmin etməyib.
Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə verilən apellyasiya şikayəti isə təmin edilməyib. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur. Dekabrın 12-də isə C. Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlə Nərimanov rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.