Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə maraqlı şikayət ərizəsi daxil olub. Lent.az-ın məlumatına görə, Talıblı küçəsi ev 38, mənzil 21 ünvanında yaşayan Sadıqov Fikrət Ənvər oğlu həyat yoldaşının falçı tərəfindən aldadılmasını və ondan xeyli miqdarda pul almasını bildirib. Şikayətçi qeyd edib ki, Samirə adlı cadugər xanım onun həkim işləyən həyat yoldaşı A.K-ya ona cadu edildiyini bildirib. Cadugər aprelin 15-dən mayın 5-dək olan müddətdə “cadu” edilmiş qadından ümumilikdə 1300 manat pul alıb.
Məsələdən xəbər tutan qadının həyat yoldaşı dərhal polisə müraciət etməyi lazım bilib.
Hazırda şikayət ərazisəi əsasında araşdırmalar aparılır.