1 saat 1 dəqiqə... yazıb özünü dənizə atdı - <span style="color:red;">FOTOLAR
09 yanvar 2018 10:28 (UTC +04:00)

1 saat 1 dəqiqə... yazıb özünü dənizə atdı - FOTOLAR

 

Dünən axşam saatlarında Bakı bulvarında özünü dənizə ataraq intihar edən 21 yaşlı Məlik Cahangirovla bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Lerik rayon sakini olan Məlik Cahangirovun Bakıda yaşadığı və Azərbaycan Pedoqoji Universitetinin tələbəsi olduğu məlum olub.

 

 

Həm də Məlik Cahan imzası ilə şeirlər yazan gənc oğlan şairlər arasında tanınmağa başlayıbmış. O, intihar etməzdən bir neçə saat əvvəl feysbuk səhifəsində ölümlə bağlı şeir paylaşıb. Daha sonra bulvara gedən Məlik tələbə biletini və şəxsiyyət vəsiqəsini sahildə qoyaraq özünü dənizə atıb.

 

M.Cahangirov feysbuk səhifəsində 2 gün əvvəl intihar edəcəyi saatı dəqiq yazıb. O, bir müddət imiş ki, gərgin psixoloji vəziyyətinin siqnallarını verirmiş.

 

APA-nın məlumatına görə, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.  

 

İntihar edən tələbənin bəzi fotolarını və son şeirini təqdim edirik:

 

 

*****

 

 

8 yanvar 19:42

 

 

Bakıda dənizə düşən şəxsin intihar etdiyi bildirilir.

 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov intihar etməzdən əvvəl şəxsiyyət vəsiqəsini və tələbə biletini sahildə qoyub.

 

Hazırda onun axtarışları davam etdirilir.

 

 

 

*****

 

17:45

 

 

Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb.

 

APA-nın məlumatına görə, hadisə “Yaxt Klub”a yaxın ərazidə qeydə alınıb. Dənizə düşən kişinin kimliyi hələlik açıqlanmır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.

 

Hadisənin intihar və ya bədbəxt hadisə olub-olmadığı məlum deyil.

 

Araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274
avatar

Nizam Rza

Oxşar yazılar