Bu uşağın yaşaması üçün 100 min manat lazımdır
10 aprel 2014 10:57 (UTC +04:00)

Bu uşağın yaşaması üçün 100 min manat lazımdır

Quba rayon sakini 7 yaşlı Xəyal Məhərrəmovun kəskin leykozdan əziyyət çəkir. yaxınlarının Lent.az-a verdiyi məlumata görə, xəstəlik onda 2014-cü ildə yanvar ayının 4-də aşkarlanıb. Valideynləri deyir ki, bu müddət ərzində 3 kurs müalicə olunub. Hər müalicə kursu ailəyə 1000-1500 manata başa gəlir: "Xəyalın həyatda qalması üçün ona ilik köçürülməlidir. Müalicə xərclərini ödəməkdə çətinlik çəkən ailənin isə buna maddi imkanı çatmır. 2013-cü ildə birinci sinfə gedən Xəyal səhhətində yaranan problemlə bağlı orta məktəbə cəmi üç ay gedə bilib. İndi onun ən böyük arzusu sağalmaq və təhsilini davam etdirməkdir".

Xəyalın tam sağalması üçün təxminən 100 min manat pul lazımdır. Ailə bütün xeyirxah insanlardan yardım istəyir. Yardım etmək istəyənlər "Bank of Baku"da Məhərrəmova Xəyalə Şakir qızının adına açılan hesaba pul köçürə bilər.

 

Hesab sahibi:    Məhərrəmova Xəyalə Şakir qızı

Hesab nömrəsi: 38010000151245İ38

İBAN  AZ46JBBK00038010000151245İ38

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1006
avatar

Oxşar yazılar