Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
24 iyun 2013 16:47 (UTC +04:00)

Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gün Bakıda küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.


 

Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, paytaxtda keçiriləcək hərbi paradın təlim məşqləri ilə əlaqədar olaraq bu gün axşam saatlarında hərbi texnikaların Dəniz Vağzalından “Dalğa Plaza” istiqamətində yürüşü keçiriləcək. Keçiriləcək yürüşlə əlaqədar Azadlıq meydanı və Neftçilər prospekti istiqamətində kəsişən bütün küçə və prospektlərdə nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

 

V. Əsədov qeyd edib ki, K. Səfərilyeva, Zorge və Puşkin, R. Rza, Əziz Əliyev və Niyazi  küçələrində, həmçinin Azadlıq və Bülbül prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

 

Şöbə rəisi həmçinin alternativ yolların siyahısını açıqlayıb. Onun sözlərinə görə, sürücülər Afiyyəddin Cəlilov küçəsinin Nobel prospekti ilə kəsişməsindən keçməklə, N. Rəfiyev küçəsindən istifadə etməklə Babək, Nobel, Xocalı  prospektlərinə və 10-cu zavod dairəsi istiqamətində, Yusif Səfərov və 28 may küçələrinin kəsişməsindən 28 may və K. Səfərəliyev küçəsinə, Bayıl qəsəbəsindən Qurban Abbasov, Teymur Elçin, Mehdi Hüseyn küçələrindən keçməklə Parlament prospektinə, 20-ci sahədən Dağ üstü yolla Padamdar və Mikayıl Müşfiq küçələrinə hərəkət edə bilərlər.

 

Hərbi paradın keçirilməsi ilə bağlı yollarda avtomobillərin hərəkətlərinin məhdudlaşdırılmasına dair ictimaiyyətə əlavə məlumat veriləcək. 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 937
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21