"Azərbaycan Dəmir Yolları": "Həmin şəxslərin tələbləri əsassızdır"
26 avqust 2015 13:51 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları": "Həmin şəxslərin tələbləri əsassızdır"

0

"Bu gün etiraz edənlər Bakı Vaqon Deposunda vaqon bələdçisi vəzifəsində işləmiş şəxslər olub. Onlar xeyli əvvəl işdən çıxıblar və bundan sonra müxtəlif vaxtlarda bu tip etirazlar ediblər". Bu barədə Lent.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşıma departamentinin rəisi Elyar Muradov bir qrup dəmiryolçunun etiraz aksiyası keçirməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hətta həmin adamların QSC-nin sədri ilə görüşü də təşkil edilib: "Biz onların şikayətlərini ən yuxarı səviyyədə həll etməyə çalışdıq. Bundan sonra müvafiq araşdırmalar da aparıldı və nəticədə məlum oldu ki, həmin şəxslərin tələbləri əsassızdır. Onların maaşları da, ezamiyyət pulları da, hətta maaşlara edilmiş artımları da ödənilib”.

 

Qeyd edək ki, bu gün bir qrup dəmiryolçu Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib. Azadlıq radiosunun məlumatına görə, etirazçılar 2001-ci ildən yığılan əmək haqlarının, ezamiyyət pullarının ödənilməsini tələb ediblər. Bundan başqa onlar işdən çıxarılan dəmiryolçuların işə bərpasını da istəyiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar