Yanvarın 15-də saat 14.00 radələrində Bakı şəhərinin Binəqədi rayonu ərazisində partlayış hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xocasən qəsəbə sakini Seyidağa Nuriyevin evində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə yanıq xəsarəti almış S.Nuriyevin arvadı Natəvan və oğlu Rəhman xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyətləri qənaətbəxşdir.