Bakı şəhər sakini Asif Nağıyevə bıçaqla xəsarət yetirmiş şəxs tutulub.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə,Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da Asif Nağıyevə bıçaqla xəsarət yetirmiş Qobustan qəsəbə sakini Azər Qaşayev tutulub.
Həmçinin, noyabrın 20-də Lerik şəhərində şəhər sakini Afiq Yaqubov münaqişə zəminində həmyerlisi Səid Həmidzadəyə bıçaqla xəsarət yetirmişdi.
Lerik RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Yaqubov da tutulub.