<b>"Sənin nəslində mənim kimi kişi yoxdur"</b> - <span style="color:red;">Bibisini öldürən şəxs
09 aprel 2018 18:08 (UTC +04:00)

"Sənin nəslində mənim kimi kişi yoxdur" - Bibisini öldürən şəxs

 

Bibisini qətlə yetirəməkdə təqsirləndirilən 24 yaşlı  Vüsal Şıxəliyevin cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Vüsal Şıxəliyev özünü təqsirli bilib və əməlini etiraf edib. Bildirib ki, qətli namus üstündə törədib. Suallara cavab verən V.Şıxəliyev deyib ki, bibisi ailəli, uşaqları olduğu halda evə başqa şəxslə olub: "Ailəli qadın evdə başqa kişi ilə, qapı da bağlı. Bundan artıq nə olmalı idi? Belə bir şeyi qəbul etmirik. Amma görürəm ki, səhv etmişəm".

 

Məhkəmədə zərərçəkmişin həyat yoldaşı Kamil İmamverdiyev ifadə verib. O deyib ki, Vüsalın həyat yoldaşı barəsində dedikləri yalandır. Həmçinin qeyd edib ki, Vüsal hadisədən bir gün əvvəl də onun arvadını döyüb: " Xahiş elədi ki, onu polisə verməyim. Sonra da işə getdiyim üçün maraqlana bilmədim ki, arvadımı döyməsinin səbəbi nə idi. Sonra da belə bir hadisə oldu. Vüsala mənim etdiklərimi heç əmisi, dayısı etməmişdi. Mənim yoldaşım kimi namuslu qadın yox idi".

Vüsal Şıxəliyev isə zərərçəkmişin bu sözlərinə əsəbi şəkildə cavab verib:  "Sənin nəslində mənim kimi kişi yoxdur. Danışığına fikir ver. Sən yaxşı, normal oğlan olsaydın, gəlib soruşardın ki, arvadımı niyə döymüsən?”

Zərərçəkmiş İmamverdiyev isə bildirib ki, onun ailə söhbətinin heç kimə dəxli yoxdur: "Sən kimsən ki, mənim ailə işimə burun soxursan?”.

Tərəflər arasında gərginlik yaşanıb. Hakim hər iki tərəfə xəbərdarlıq edib.

Məhkəmənin  aprelin 9-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il Masazırda baş verib. Qəsəbə sakini, 1994-cü il təvəllüdlü V.Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb. Hadisəni törədən V.Şıxəliyev tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 293

Oxşar yazılar

Bakıda yük maşını  ağaca çırpıldı

Bakıda yük maşını ağaca çırpıldı

13 fevral 2025 , 00:11
Bakıda məktəbli  vəfat etdi

Bakıda məktəbli vəfat etdi

12 fevral 2025 , 21:41
Bakıda kişi özünü asdı

Bakıda kişi özünü asdı

12 fevral 2025 , 19:33
Həkim səhvinə görə kişinin  qolları və ayaqları   kəsildi

Həkim səhvinə görə kişinin qolları və ayaqları kəsildi

12 fevral 2025 , 19:21
Rusiya onları Azərbaycana TƏHVİL VERDİ

Rusiya onları Azərbaycana TƏHVİL VERDİ

12 fevral 2025 , 18:21
Yasamalda XÜSUSİ ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO

Yasamalda XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO

12 fevral 2025 , 17:33
Rusiyada  həbsdə olan   azərbaycanlı  müharibədə öldü

Rusiyada həbsdə olan azərbaycanlı müharibədə öldü

12 fevral 2025 , 16:57
Orkestr rəhbəri konsertdə öldü

Orkestr rəhbəri konsertdə öldü

12 fevral 2025 , 16:43