Azərbaycanda bəzi saytlar rəsmən bloklandı - <span style="color:red;">SİYAHI
12 may 2017 15:41 (UTC +04:00)

Azərbaycanda bəzi saytlar rəsmən bloklandı - SİYAHI

0

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin azadliq.info, azadliq.org, azərbaycansaati.com, Meydan.tv saytlarını, "Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi  ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, qeyd olunan saytlar bloklanıb. Rabitə Naziliyinin tələbi qəbul edilib.

 

Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi “Azadlıq” qəzetinin azadliq.info, “Azadlıq” radiosunun azadliq.org saytları, həmçinin, azərbaycansaati.com, Meydan.tv saytlarını, “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 261

Oxşar yazılar