ASAN Xidmətdə saxlanlan şəxs sərbəst buraxılıb <span style="color:red;">- YENİLƏNİB
09 dekabr 2015 15:25 (UTC +04:00)

ASAN Xidmətdə saxlanlan şəxs sərbəst buraxılıb - YENİLƏNİB

Dünən Nərimanov rayonu ərazisindəki ASAN Xidmət mərkəzində beynəlxalq axtarışda olduğu üçün polis tərəfindən saxlanılan Bəxtiyar Yüzbəyov az sonra sərbəst buraxılıb. Məsələ ilə bağlı Lent.az-a açıqlama verən B.Yüzbəyov deyib ki, 2004-cüildə Dağıstanda olarkən bu ölkədə rəsmi qeydiyyata düşməyib. Bu səbəbdən də Dağıstanda onu axtarışa veriblər.

 

Dünən isə ASAN Xidmət mərkəzinə müraciət edərkən onun axtarışa verilməsi üzə çıxıb və polis bölməsinə dəvət edilib. İlkin araşdırmadan sonra B.Yüzbəyov sərbəst buraxılıb. 

 

*****

 

11:30

 

Bakıda Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsindəki ASAN Xidmət mərkəzində baş verib. Mərkəzə sənəd almaq üçün müraciət edən Xaçmaz rayon sakini Bəxtiyar Yüzbəyovun Rusiya Federasiyası Dağıstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilməsi müəyyən edilib. B.Yüzbəyov saxlanılaraq Nərimanov polisinə təhvil verilib.

 

Bildirilir ki, B.Yüzbəyov Rusiya Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə axtarışda olub.

 

Araşdırmalar aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Nizam Rza

Oxşar yazılar