Beyləqanda iki minik avtomobili toqquşub
03 sentyabr 2017 18:09 (UTC +04:00)

Beyləqanda iki minik avtomobili toqquşub

0

Bu gün Beyləqan rayonunda “Mercedes” markalı minik avtomobili ilə “Hyundai” markalı minik avtomobilinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 13:45-də başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 313

Oxşar yazılar