Bu gün Yasamal rayon Məhkəməsində deputatlığa keçmiş namizəd, xırda xuliqanlıqda təqsirləndirilən Bəxtiyar Hacıyevdən olan şikayətə baxılıb.
Lent.az-a bu barədə onun özü məlumat verib. B.Hacıyev bildirib ki, Yasamal Rayon Məhkəməsi YPX-nin və 27-ci polis bölməsinin bir neçə sutkalıq cəza istəyini qəbul etməsə də, ona 100 AZN cərimə kəsib. Bəxtiyar bununla bağlı apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, B.Hacıyev bir neçə gün bundan qabaq yol polisi ilə insident yaşayıb. Dövlət yol polisinin əməkdaşı B.Hacıyev barəsində raport yazıb. Bəxtiyar Hacıyev də polisdən şikayət edərək onu təhqir etdiyini və fiziki güc tədbiq etdiyini deyib. Faktla bağlı Bəxtiyar Hacıyevə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ittiham edilib.