Bərdə rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, Qılınclı kəndi ərazisində kanala aşan avtomobildəki şəxslər toydan qayıdırmış.
Bildirilir ki, "Mercedes E 220" markalı, 90 HM 703 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən 1961-ci il təvəllüdlü Kərimov Yəhya İsgəndər oğlu spirtli içki qəbul edibmiş. Bu səbəbdən də sürücü kəndlərarası yolda düzgün sürət həddini seçməyib və manevr edərkən maşın kanala aşıb.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi açılıb, müvafiq ekspertizalar təyin edilib.
xxxx
20:00
Bərdədə yol-nəqliyyat hadisəsi nəticəsində ölən 3 nəfər və xəsarət alan 1 nəfərin kimliyi məlum olub.
APA-nın Qarabağ bürosunun məlumatına görə, Bərdə rayon Hızırıı kənd sakini 1961-ci il təvəllüdlü Kərimov Yəhya İsgəndər oğlunun idarə etdiyi “99 HM 703” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil su kanalına düşüb.
Nəticədə, sürücünün özü və sərnişinləri – 1984-cü il təvəllüdlü Yusifli Bəxtiyar Ədalət oğlu və 1952-ci il təvəllüdlü Məmmədov Dilgəm Məhəmməd oğlu hadisə yerində ölüb.
Sərnişinlərdən Hüseynov Sahib Adil oğlu müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.
**** 17.44
Bərdədə 3 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Qılınclı kəndi ərazisində baş verib. Yoldan çıxan avtomobil su kanalına düşüb.
Hadisə yerində olan şahidlərin APA-ya verdiyi xəbərə görə, avtomobildə olan 4 nəfərdən 3-ü elə hadisə yerində boğularaq ölüb.