<span style="color:red;">Bərdədə faciə : fəhlə daşıyan mikroavtobus yandı - <span style="color:red;">YENİLƏNİB
12 aprel 2018 21:33 (UTC +04:00)

Bərdədə faciə: fəhlə daşıyan mikroavtobus yandı - YENİLƏNİB

0

Bərdədə yanan mikroavtobusun sürücüsü və xəsarət alan fəhlələrin kimliyi məlum olub. APA-nın yerli müxbirinin xəbərinə görə, 1981-ci il təvəllüdlü  Anar Nəbiyevin  idarə etdiyi “RAF” markalı 66 BC 806 qeydiyyat nişanlı mikroavtobus yanıb. Hadisə yerinə FHN-in Ağdam yanğınsöndürmə bölməsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

 

Yanğın zamanı xəsarət alan 58 yaşlı Səfərova Səlbinaz, 58 yaşlı Şərifova Gilə, 48 yaşlı Məmmədova Həlimə, 41 yaşlı Məmmədova Rəna,  40 yaşlı Hacıyeva Şəkurə, 27 yaşlı Rəhimov Elmir, 26 yaşlı Məmmədova Elnar, 16 yaşlı Məmmədova Aişə və  Elnur Məmmədov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Elnur Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 
 
**** 19.53
 
 
 
Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Şahvəlilər kəndi ərazisində baş verib.
 
 
 
Məlumata görə, 66-ZC-806 dövlət nömrə nişanlı “Mercedes” markalı mikroavtobusda hərəkət zamanı yanğın baş verib.  
 
 
 
Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.
 
 
 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 515

Oxşar yazılar