Bayram Kürdəxanlı: "Narkotik qəbul etməmişəm"  - <span style="color:red;">YENİLƏNİB
03 fevral 2015 17:21 (UTC +04:00)

Bayram Kürdəxanlı: "Narkotik qəbul etməmişəm" - YENİLƏNİB

 

Bir neçə gün əvvəl azadlığa çıxan meyxanaçı Bayram Kürdəxanlı təəssüratlarını Lent.az-la bölüşüb: “Məni buraxdılar, dedilər ki, günahkar deyilsən. Sağ olsunlar ki, məni azadlığa buraxdılar. Dedilər ki, sən azad olmalısan. Mən narkotik qəbul etməmişəm. Sadəcə qərar qəbul olunmuşdu ki, belə olmalıdır”.
 

Meyxanaçı azadlığa çıxması münasibətilə onu təbrik edən həmkarlarına da minnətdarlığını bildirib: “Mənə diqqət göstərən həmkarlarıma da çox sağ ol deyirəm. Görüşümə gəlməsələr də, qardaşımla əlaqə saxlayıblar. Azadlığa çıxandan sonra isə görüşümə gəlmişdilər”.


Qeyd edək ki, B.Kürdəxanlı həbs olunan zaman APA TV-nin müxbirinə açıqlamasında 22 yaşından narkotik vasitələrdən istifadə etdiyini demişdi.

 

 

***

 

16:01

 

Tanınmış meyxanaçı Bayram Kürdəxanlı azadlığa çıxıb. Lent.az-ın məlumatına görə, meyxanaçı bir neçə gün əvvəl azadlığa buraxılıb. B. Kürdəxanlı barəsində ötən il Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi açılmışdı. O, 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Qeyd edək ki, 1962-ci il təvəllüdlü Bayram Kürdəxanılı iyulun 12-də Bakıxanov qəsəbəsində, “Nilufər” şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb.

 

Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514
avatar

Yalçın UĞUR

Oxşar yazılar