Bayram günlərində sərxoş vəziyyətdə avtomobili idarə edən 36 sürücü saxlanılıb. Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, spirtli içkinin təsiri altında avtomobili idarə edən şəxslər sənədləşdirilib, polisin qanuni "saxla" əmrini yerinə yetirməyən 8 sürücü barəsində də sənədləşmə aparılıb, 2 avtoxuliqan polis tərəfindən saxlanılıb.
Vaqif Əsədovun sözlərinə görə, bayram günlərində 4 yol-nəqliyyat hadisəsi baş verib. Bunlardan 3-ü piyada vurma, biri isə toqquşma olub. Qəza nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.