Bu gün Bakıda batmaq təhlükəsi ilə üzləşən 2 şəxs xilas olunub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN-nin) saytına əsasən verdiyi xəbərə görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Sabunçu və Qaradağ rayonlarında dənizdə (“Bilgəh” və “Lökbatan” sularda xilasetmə məntəqələrinin ərazisidə) 2 nəfərin batmaq təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub.
Sonda təhlükə ilə üzləşən şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.