Baş Prokurorluq korrupsiya faktı ilə bağlı məlumat yayıb
18 aprel 2013 18:40 (UTC +04:00)

Baş Prokurorluq korrupsiya faktı ilə bağlı məlumat yayıb

Baş Prokurorluq daha bir korrupsiya faktı ilə əlaqədar məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, Sumqayıt Apelyasiya Məhkəməsindən daxil olmuş xüsusi qərardad Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

 

Müəyyən edilib ki, 5 may 2011-ci il tarixdə “Azərbaycan Lizinq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətlə fiziki şəxs Bəşirov Balaca Mustafa oğlu arasında 80.0 min manat dəyərində 4 ədəd “EKOSTAR TB 300” markalı isitmə sisteminin lizinq yolu ilə alınması barədə müqavilə bağlanıb. Lakin lizinq verənlə lizinq alan arasında təhvil-təslim protokolu imzalanmasına baxmayaraq müqavilədə qeyd olunan avadanlıqlar kənar şəxslərə satılmaqla onun pulu cəmiyyətin hesabına mədaxil edilməyib və bununla da həmin müəssisənin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.

 

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və ya sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

 

 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1372

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15