Baş Prokurorluğun keçmiş işçisi yenidən məhkəmə qarşısında
02 fevral 2015 11:37 (UTC +04:00)

Baş Prokurorluğun keçmiş işçisi yenidən məhkəmə qarşısında

Bakı Apelyasiya Məhkəməsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin həbsdə olan sabiq əməkdaşı Vüsal Müslümov və onun tanışı Sergey Biserovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin şikayəti üzrə ilkin dinləmə olub. Məhkəmə baxışı fevralın 11-nə təyin edilib.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Müslümov 12 il, Sergey Biserov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215

Oxşar yazılar