Bakı şəhər Baş Polis İdarəsi Sabunçu rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, iyunun 3-ü saat 02 radələrində Bakıxanov qəsəbəsi E.Xəlilov küçəsində yaşayan 1992-ci il təvəllüdlü Elvin Əzimov evdə anası 1968-ci il təvəllüdlü Esmira Talış qızına bıçaq xəsarəti yetirib. Esmira Əzimova 3 saylı xəstəxanaya yerləşdirilib və orada ölüb. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qətldə şübhəli bilinən Elvin Əzimov tutulub.
Qeyd edək ki, 22 yaşlı E.Əzimov anasını öldürdükdən sonra özünü pəncərədən atıb və xəsarət alıb.