Bankirlərin qanunsuz  əməlləri ifşa edildi
16 sentyabr 2013 17:07 (UTC +04:00)

Bankirlərin qanunsuz əməlləri ifşa edildi

Azərbaycanda daha bir bankın vəzifəli şəxslərinin qanunsuz  əməlləri ifşa edilib.


 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Dekabank” KB ASC-nin Nəsimi filialının vəzifəli şəxslərinin  qanunsuz  hərəkətləri barədə Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

 

Cəmiyyətin Nəsimi rayon filialının müdiri Nəsrulla Mikayılov, iqtisadçı Pərviz Mikayılov və aparıcı mühasib Şəfəq Salmanovanın qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq, bank tərəfindən verilmiş kredit məbləğləri ilə həmin kreditin təminatı kimi müştərilərdən qəbul edilmiş qızıl-zinət əşyalarının öz dəyərindən dəfələrlə artıq göstərməklə ümumilikdə bankın mənafeyinə 65 min 600 manat məbləğində ziyan vurmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifədən səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 927
avatar

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00