Balıqçı ehtiyatsızlıqdan öldü
08 aprel 2014 12:17 (UTC +04:00)

Balıqçı ehtiyatsızlıqdan öldü

Beyləqan rayon sakini elektrik vurması nəticəsində ölüb.


 

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə aprelin 7-də günorta saatlarında Ağgölün rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Rayon sakini, 1972-ci il təvəllüdlü Yaşar Nurəli oğlu Nəzərov göldə elektrik generatoru ilə balıq tutarkən ehtiyatsızlıqdan cərəyan vurması nəticəsində ölüb.

 

Ərazi bataqlıq olduğu üçün Y. Nəzərovun cəsədini hadisə yerindən bu gün götürmək mümkün olub. Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568
avatar

Oxşar yazılar