Bakının mərkəzi yollarından biri bağlanır
11 dekabr 2015 17:17 (UTC +04:00)

Bakının mərkəzi yollarından biri bağlanır

0
Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək "Formula 1" yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. BŞH-dan Lent.az-a verilən məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrdə təmir-tikinti işləri qismən həyata keçirilir. 
 
Dekabr ayının 12-dən etibarən Bülbül küçəsinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasında yol asfalt örtüyü təmirə bağlanacaq. Avtomobillərin hərəkətinə qoyulacaq məhdudiyyət dekabr ayının 13-dən 14-nə keçən gecə, bazar ertəsi aradan qaldırılacaq. 
 
Xatırladaq ki, yarışdan öncə salınacaq və "Formula 1" yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar