Bakıda mağazadan bahalı aksesuarlar oğurlanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Azadlıq prospektindəki mağazaların birindən 30.000 manat dəyərində mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən, orada satıcı işləyən paytaxt sakini Eşqin Nəbiyev saxlanılıb.
Araşdırma aparılır.