Döyə-döyə adam öldürüb qaçanın məhkəməsi başladı
05 sentyabr 2017 11:58 (UTC +04:00)

Döyə-döyə adam öldürüb qaçanın məhkəməsi başladı

0

 

 

Bakının mərkəzində tanışını küt alətlə başına vura-vura öldürməkdə təqsirləndirilən  52 yaşlı Elman Məhərrəmovun cinayət işi üzrə məhkəmə başlayıb.

 

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

 

 

 

 

Qeyd edək ki, hadisə bu ilin may ayında "Bakı Metropoliteni"nin “28 May” stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi, 2 ünvanında baş verib. Həmin yerdə yerləşən tikilidə Lənkəran rayonun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Əliyev Müşfiq Firdovsi oğlunun meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyən edilib.

 

Araşdırmalar nəticəsində məlum olub ki, M.Əliyevi 1965-ci il təvəllüdlü Məhərrəmov Elman Əli oğlu qətlə yetirib. E.Məhərrəmov M.Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub.

 

E.Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-ci (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 411

Oxşar yazılar