Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus zavodda partlayış verib.
Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, MSN-in “İqlim” Elmi İstehsalat Müəssisəsində fəhlə işləyən, 1956-cı il təvəllüdlü Adıgözəl Məhərrəmov sexlərdən birində dəzgahın partlaması nəticəsində ağır xəsarət alıb.
A. Məhərrəmov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.