Daxili İşlər Nazirliyi Bakıda hüquq məsləhətxanasında baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 28-də Səbail rayonu ərazisində Bakı şəhər sakini Bəxtiyar Məmmədov işlədiyi ofisdə elektrik çaydanından cərəyan vurması nəticəsində ölüb.
Araşdırma aparılır.
*****
9:59
Bakıda yerləşən hüquq məsləhətxanalarından birində bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, dünən axşam saatlarında Bayıl qəsəbəsi Neftçi Qurban küçəsi 74 ünvanında yerləşən məsləhətxanada 1962-ci il təvəllüdlü Məmmədov Bəxtiyar Heydər oğlunu elektrik cərəyanı vurub. 54 yaşlı kişi hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.