Bakıda yeni tikilmiş piyada keçidində<span style="color:red;"> İYRƏNC ƏMƏL
20 aprel 2014 18:23 (UTC +04:00)

Bakıda yeni tikilmiş piyada keçidində İYRƏNC ƏMƏL

Bakıda yeni tikilmiş piyada keçidində divara bərkidilmiş güzgülər sındırılıb. Lent.az-ın məlumatına görə, Heydər Əliyev prospektində, Şəfa stadionunun qarşısında tikilmiş yeraltı piyada keçidindəki şüşə və güzgülər naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb.

 

Keçid hələ istifadəyə verilməsə də, piyadaların təhlükəsizliyi məqsədi ilə sakinlərin buradan istifadə edilməsinə icazə verilib.

 

Oxşar əməllər Səbail rayonunda, Bakı bulvarının yeni ərazisi ilə Səbail rayon Yanğından Mühafizə Hissəsinin qarşısını birləşdirən keçiddə də törədilib. Burada divarlara döşənmiş mərmər örtüklər dağıdılıb.

 

Qeyd edək ki, hər iki keçiddə təhlükəsizlik kameraları yoxdur. 

# 20982
avatar

Nizam Rza

Oxşar yazılar