Martın 11-də Bakıda yeni ailə qurmuş qadın polisə müraciət edib. Lent.az-ın məlumatına görə, bir müddət əvvəl ailə quraraq, Binəqədidən Qaraçuxura gəlin köçən 1990-cı il təvəllüdlü G.M-nın şikayəti həyat yoldaşı və qayınanasından olub. Gənc qadının bildirib ki, ailə qurandan sonra ailədə ziddiyyətlər yaranıb və onun hərəkətləri qayınanasının ürəyincə olmayıb. Bundan sonra G.M-nın həyat yoldaşı 1976-cı il təvəllüdlü R.M və onun anası gəlini mütəmadi olaraq, döyüb, işgəncə veriblər. Bu azmış kimi, qız yeni ailəsində ona psixoloji zərbələrin vurulduğunu, müxtəlif vasitələrlə təhqir edildiyini bildirib.
23 yaşlı G.M bədəninin müxtəlif nahiyələrində zorakılıq əlamətləri olduğunu bildirib. Məsələ ilə bağlı ekspertiza təyin edilib.
G.M-nın özündən 14 yaş böyük olan həyat yoldaşı və qayınanası polis bölməsinə dəvət olunub.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir.