Bakı şəhər sakini Amur Məcidovun Nəsimi rayonunun A.Mustafayev küçəsindəki mənzilində təbii qazın sızmasından ani partlayış baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə mənzilin pəncərə şüşələri sınıb və xəsarət alan olub. Faktla bağlı araşdırma aparılır.
Ötən gün Tərtər şəhər sakini Akif Məmmədovun evində də təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Nəticədə ev yanıb. Xəsarət alan A.Məmmədov xəstəxanaya yerləşdirilib.
Araşdırmalar aparılır.