Bakıda tələbənin qanını tökən şəxs tutulub
14 mart 2013 11:19 (UTC +04:00)

Bakıda tələbənin qanını tökən şəxs tutulub

Martın 12-nə keçən gecə Bakı şəhərinin Nizami rayonu ərazisində baş vermiş bıçaqlanma hadisəsinin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə,  Nəsimi küçəsi 30 saylı binanın həyətində Cəlilabad rayon sakini 1991-ci il təvəllüdlü Seyfiyev Elşən Şakir oğlu bıçaqlamış şəxs müəyyən edilib. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, Cəlilabad rayon sakini Rauf Bayramov martın 13-də tutulub.

 

Qeyd edək ki, bıçaqlanmış E.Seyfiyev Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1088
avatar

Oxşar yazılar