Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobildən oğurluq hadisəsi baş verib. Rayon polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dekabrın 19-da saat 21 radələrində Akim Abbasov küçəsi, 16 saylı binanın qarşısında naməlum şəxs və ya şəxslər Muxtarov Anar Əlyar oğluna məxsus “Mitsubishi” markalı avtomobilin şüşələrini sındırıb. Avtomobildə A.Muxtarovun həyat yoldaşı Hüseynova Gültəkin Knyaz qızına məxsus çanta oğurlanıb.
Qeyd edək ki, zərərçəkmiş G.Hüseynova “Azadlıq” qəzetinin əməkdaşı Gültəkin Knyazqızıdır.
G.Knyazqızı Lent.az-a açıqlamasında hadisəni təsdiqləyib. Jurnalist bildirib ki. Həyat yoldaşı ilə birgə marketdə olarkən maşından oğurluq edilib: “Biz dərhal 102 xidmətinə müraciət etdik. Çantada telefon, pul qabı, çoxlu sənədlər və plastik kart olub. Mənim üçün ən dəyərli olanları da elə sənədləri və tapılması üçün polisin axtarışlarının nəticəsini gözləyirik”.
G.Knyazqızı hadisənin onun peşə fəaliyyəti ilə bağlı olduğunu düşünmədiyini də bildirdi: “Məncə, bu, adi xuliqanlıq hadisəsidir”.