Bakı şəhərinin mərkəzində polis əməkdaşı bıçaqlanıb.
Paytaxtın Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Səməd Vurğun küçəsində qeydə alınıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Rantiq Məmmədov xidmətdə olarkən adı hələlik istintaqa məlum olmayan sürücü tərəfindən bıçaqlanıb. Baş nahiyəsindən bıçaq xəsarəti alan R. Məmmədov Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən sürücünün tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.