Bakıda özünü çoxmərtəbəli binadan atmaq istəyən 3 qadın və bir azyaşlı oğlanın həyatı xilas edilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, bu gün saat 14:19-da 112 Xidmətindən Binəqədi rayonu Gənclər yaşayış massivi ərazisində yeni inşa edilən çox mərtəbəli binada intihara cəhd hadisəsinin baş verməsi barədə əməliyyat məlumatı daxil olub. dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin tibb və psixoloji şöbəsinin əməkdaşları, intihar qrupunun qadın xilasediciləri, 2 mobil qrup və Yasamal rayonu üzrə xilasedicilər hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1978-ci il təvəllüdlü Şirinova Dilarə Şahmalı qızı, 1980-cı il təvəllüdlü Şirinova Elnarə Şahmalı qızı və sonuncunun uşaqları, 1998-ci il təvəllüdlü Nazpəri və 2002-ci il təvəllüdlü Vüsal ilə bərabər sosial səbəblərdən intihar etmək məqsədi ilə adıçəkilən ünvanda tikilməkdə olan 7 mərtəbəli binanın 6-cı mərtəbəsinə çıxıblar və özünü öldürməklə intihar etmək niyyətini nümayiş etdirmiblər. İntihara cəhd göstərənlərin bu hərəkəti bacıları Şirinova İlahə Şahmalı qızının narahatçılığına səbəb olub, bacılarının və uşaqların xilas olunması üçün hadisə haqqında 112 Xidmətinə Xilasedicilər intihar etmək istəyən şəxslərlə yaxın məsafədə olub və müvafiq söhbətlər aparıblar. Aparılan danışıqlar müəyyən vaxt çərçivəsində digər təhlükəsizlik tədbirlərinin (hüquq mühafizə orqanlarının və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarının gəlməsi, hündürlükdən tullanmanın qarşısını almaq üçün brezentin çəkilməsi, alpinist ləvazimatlarının və xilasetmə avadanlıqlarının hazırlanması işləri və vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması və s.) göstərilməsi üçün əlverişli şərait yaradılıb.
Xilasedicilər keçirilən əməliyyat zamanı həyatına qəsd etmək istəyənləri şəxsi fikrlərindən daşındırmış və onunlarla psixoloji bağlantı yaradıblar. Aparılan danışıqlar nəticəsində suisidentinlərin intihar cəhdindən imtina edilməsinə nail olublar.