Bakıda bədbəxt hadisə zamanı xəsarət alan qadın xəstəxanada ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 29-da Sabunçu rayon sakini Nargilə Quliyeva evində odun sobası ilə ehtiyatsız davrandığından yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş N.Quliyeva aprelin 8-də orada ölüb.
Araşdırma aparılır.