Bakı şəhərinin Qaradağ rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sahil qəsəbəsi Nərimanov küçəsi ev 4, mənzil 2 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Qurov İqor Vladiiroviç özünü yaşadığı mənzilin damından asıb.
Məlumata görə, 28 yaşlı oğlan “Caspian Shipyard” şirkətində riger vəzifəsində işləyirmiş hadisə vaxtı o sərxoş vəziyyətdə olub. İ.Qurovun həm də psixoloji problemlərinin olduğu bildirilir.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.