Bakıda şirkət binasına pəncərədən girib külli miqdarda pul apardılar
30 iyul 2017 20:57 (UTC +04:00)

Bakıda şirkət binasına pəncərədən girib külli miqdarda pul apardılar

Bakıda şirkətlərdən birindən külli miqdarda pul oğurlanıb. Lent.az xəbər verir ki, naməlum şəxs və ya şəxslər gecə saatlarında Xətai rayonu Bayramov küçəsində yerləşən “Ekspress” MMC-nin ofisinə soxulub. Pəncərənin dəmir barmaqlıqlarını sındıraraq şirkətə daxil olan oğrular seyfdən 10 min manat və 2 min dollar götürüb.

 

Şirkət rəhbərliyi məsələ ilə bağlı polisə müraciət edib. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 127

Oxşar yazılar